Menu

BAKIDA MƏŞHUR TİCARƏT MƏRKƏZİ YANIB KÜLƏ DÖNDÜ - VİDEO + FOTOLAR

26.03.2019, 12:54
BAKIDA MƏŞHUR TİCARƏT MƏRKƏZİ YANIB KÜLƏ DÖNDÜ - VİDEO + FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

* * *

Bakıda məşhur ticarət mərkəzi yanıb külə dönüb. Hazırda yanğın baş verən ərazidə olanlar xəbər verirlər ki, yanğının söndürülməsi üçün 4 əlavə helikopter, 6 təcili yardım briqadası cəlb olunub. Polis əməkdaşları mallarını xilas etmək istəyən mağaza sahiblərini ərazidən çətinliklə uzaqlaşdırırlar.

Ticarət mərkəzində 500-ə yaxın mağazaya təxminən 30 milyon manata yaxın ziyan dəydiyi bildirilir.

Mağaza sahiblərinin çoxunun halı pisləşib, ürəyi gedənlər var. Mağaza sahiblərindən ikisi 300 min manata yaxın mallarının kül olduğunu bildirir. Onların sözlərinə görə, yanğın ticarət mərkəzinə bitişik yerləşən dönərxanadan başlayıb. Ardından partlayış baş verib. Ərazi tünlük olduğundan yanğınsöndürənlərin içəri girməsi çətin olub.

Ticarət mərkəzinin birinci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi bütün mağazaların yandığı bildirilir.

Hazırda fövqəladə hallar naziri Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmilərin hadisə yerinə gəldiyi bildirilir.

Yanğın davam edir.

Yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı xəsarət alıb. Onun təcili tibbi yardım briqadası ilə 3 saylı Sabunçu Rayon Klinik Xəstəxanasına aparıldığı bildirlir. FHN əməkdaşı yanğını söndürərkən əlindən kəsik xəsarəti alıb.

“Diqlas” Ticarət Mərkəzində baş vermiş və hazırda davam edən güclü yanğınla bağlı bütün perimetr boyu təhlükəsizlik tədbirləri görülüb. Hadisə səbəbindən Qara Qarayev prospektinin metronun “Neftçilər” stansiyasından üzü “Xalqlar dostluğu” stansiyasına qədər olan hissəsi bağlıdır. Həmin yoldan keçən marştut avtobuslarının istiqaməti dəyişdirilib, avtobuslar B.Çobanzadə küçəsinə yönəldilib. Hazırda FHN-nin vertolyotları da cəlb olunmaqla yanğınsöndürənlər güclü alovla mübarizə aparmaqdadır.

***

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb.

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

***

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın güclənib.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzi yararsız hala düşüb.

Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

* * *

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb.

"Report"un məlumatına görə, nazirlikdən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

* * *

Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində qeydə alınıb.

Hazırda əraziyə FHN-in canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Bina təxliyyə edilir.

[gallery size="full" ids="500583,500584,500585"]

Şərhlər

AYRİM 2019-03-26 12:54:16

Böyük faciədir. Üzümüzə bir xoş gün gəlmir ki. Nə qədər adam işsiz qaldı, sabah əmək haqı alıb dükan bazara olan borcunu ödəyəcəkdi verə bilmədi. malı-mulkü yandı və nəhayət necə-necə insan hələ qarşıdurmalara, razborkalara cəkiləcək.

NURəddin 2019-03-26 12:54:16

AY AXMAQ KASIBLAR, BİRDƏN ÇAŞIB ALOVUN ÜSTÜNƏ BİR QAŞIQ SU ATARSINIZ HAA! DƏYMƏYİN, QOYUN ƏMƏLLİ YANSIN. ÇOX DA YAXINLAŞMAYIN.QIRAQDAN DURUB TAMAŞA ELƏYİN. OXXAY! NƏ GÖZƏL YANIR! QOY BÜTÜN HARAMLAR OD TUTUB YANSIN!

Davud Səlimov 2019-03-26 12:54:16

Bu obyekt kimindir?Kasıbın,yoxsa oğru vəzifəlilərin?Bunu da çıqlasalar insalar onu tanıyardı.Lənətə gəlmişlər,oğurladıqlarınınz pullara bir iri fabrik,zavod tiksəydiniz nə olardı.Millətin işsiz gənclərinin 20-30 minini bura yığardınız,veyil gəzməzdilər.Ölkəni o günə saldınız ki, adi noski,mayka , bolt.qayka da xricdən gətirilir.Bir ətrafa baxıb xəcalət çəkmirsiniz?

EJDER 2019-03-26 12:54:16

BRAVO ...ZOR YANIR.BELI YANDI MAHMUDOVUN DEDESI.ANALOQU OLMAYAN HOKUMETIMIZIN ,ANALOQU OLMAYAN TEHLUKESIZLIK NAZIRI...YEQIN KOMRAMOTLARI ORADA GIZLEDIB...HA HA HA...MOLODES,UWAQDA FERASETE BAX,LUKAWENKO CANI

t.ədalət 2019-03-26 12:54:16

Vaxtı ilə Nərimanov İH-nin yaxınlığındakı binanı yandırmışdılar.Prezident həmin binanın bərpası və söküntünün olmaması haqqında göstəriş verdi .Beləliklə, ard-arda törədiləcək yanğınların qarşısı alındı.Bu yanğının da kimlərin marağı əsasında törədildiyi söz konusudur.DTX araşdırsa,görəcək ki,yanğını törədənlər hakimiyyətin sabitliyini pozmaq istəyənlərdir.Həm də hakimiyyətin içərisində olanlardır.Onlar xaricdəki "söyüşçülər ansamblını" maliyyələşdirməklə yanaşı,həm də ölkə daxilində yanğınlar törədir.

Elçin 2019-03-26 12:54:16

Yəqin ki hansısa yüksək vəzifəli məmurun obyektidir. Əhalini pis günə qoyan rüşvətxorlar talançılar hamısı haram içində boğulacaqlar inşallah. Bunu Allah götürməz bir qrup öğrular kef eləsin, insanlar da ac qalsın, borcun xərcin içində məhv olsun getsin.

AYRİM 2019-03-26 12:54:16

Allah qorusun. Binava milltin beş on manat alib sataçağı vardı o da belə yanıb külə döndü. Bunun əsl səbəbkarları isə məsuliyyətsiz, tamahları Əli qilincından iti olan məmurlardır ki, bu ərazidə yan-yana, biri-birinə bitişik nəhayət tikinti noralarına zidd olan obyekt tikintisinə sərəncam və tikintiləri dövlət qeydiyatına aln vəzifli şəxslərdir. Belə olmasaysı qurunun aduna yaş da yanmazdı.Zərərcəkmişlər təbii ki bunu nəzərə alar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol