“Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından uzaqlaşdırılmayıb, sadəcə, dünən keçirilən qapalı toplantıda onun Xalq Hərəkatının İdarə Heyətinin üzvü olub-olmaması məsələsi müzakirə edilib”.
Bunu ONA-ya açıqlamasında Xalq Hərəkatının dönəm sədri, Ağ Partiyanın sədri Tural Abbaslı məlumat verib.
Qeyd edək ki, bu il yanvarın 26-da “Azərbaycan Xalq Hərəkatı” adlanan qurum yaradılıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaradılan qurumun təsisçiləri sırasında Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (sədr İqbal Ağazadə), Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (sədr Əli Əliyev), Ağ Partiya (sədr Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (sədr Elşad Musayev), Milli Dövlətçilik Partiyası (sədr Nemət Pənahlı), Azərbaycan Liberal Demokrat Partiyası (sədr Fuad Əliyev) və başqa partiyalar, sabiq müdafiə naziri Rəhim Qazıyev, AXCP sədrinin keçmiş müşaviri Ramiz Tağıyev və digərləri var. 20-dən çox təsisçinin əksəriyyəti də İdarə Heyətinin üzvüdür.
T. Abaslı deyib ki, Xalq Hərəkatının təsis iclasına N. Pənahlı gecikmiş və iclasda iştirak etməmişdi: “Ona görə bəzi fikirlər var idi ki, Nemət Pənahlı Xalq Hərəkatının İdarə Heyətinin üzvü deyil. Dünən qapalı toplantıda belə qərara gəlindi ki, Nemət Pənahlının İdarə Heyətinin üzvü olub-olmaması barədə yenidən səsvermə keçirilsin. Səsvermə keçirildi və Nemət Pənahlı İdarə Heyətinə seçilmədi. Bununla belə, Nemət Pənahlı və partiyası Xalq Hərəkatının təsisçisidir. Nemət Pənahlı Xalq Hərəkatının təsis olunması barədə sənədə imza atanlardan biridir. Digər təsisçilərdən fərqli olaraq, Nemət Pənahlının İdarə Heyətində təmsil olunmamasının səbəbinə gəlincə, səsvermə bir az subyektiv məsələdir. Səsvermədə Nemət Pənahlının İdarə Heyətinin üzvü olmasının lehinə də, əleyhinə də səs verənlər oldu. Bu qərar yekdilliklə qəbul olunmayıb, ona görə də hərənin özünə görə səbəbləri ola bilər. Demokratik səsvermə keçirildi, Nemət Pənahlı İdarə Heyətinə üzv seçilmədi. İclas qapalı olduğu üçün orada baş verənlərin detallarını açıqlamaq etik olmaz. Əleyhinə səs verənlər istəsələr, çıxıb bu barədə özləri açıqlama verə bilərlər”.
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı isə ONA-ya açıqlamasında bildirib ki, siyasət, mübarizə, döyüş adamıdır: “Mən də çıxıb mövqeyimi deyəcəm, cəmiyyət biləcək ki, nə baş verib, mən nədən narazıyam. O zaman cəmiyyət də real, obyektiv olaraq nə baş verdiyindən xəbər tutacaq. Hələlik isə məsələyə münasibət bildirmək istəmirəm. Bunun da müəyyən səbəbləri var”.
Xatırladaq ki, dünən “musavat.com” saytı N. Pənahlının "qeyri-səmimi davranışları"ına görə Xalq Hərəkatından uzaqlaşdırılması barədə məlumat yayıb. Məlumatda qeyd edilib ki, N.Pənahlı son vaxtlar Əli Kərimli və başqa siyasilərlə gizli danışıqlar, sövdələşmələr aparıb və bu hərəkətləri Xalq Hərəkatında narahatlıq yaratdığından, martın 25-də keçirilən yığıncaqda N.Pənahlı qurumdan uzaqlaşdırılıb.


Şərhlər
NE BAW VERIR,ANALOQU OLMAYAN IQTIDARDA BAW VERIR...LUKAWENKO CANI...BATYA PUL LAZIM OLSA VIZIV AT...
Bu xalqi ozone RAM edib, "Otur!, Dur! ve "Davay!" amrinden qeyri meqsedi olmayanlar ne coxmush? Axi, basbilenler bele 30 ildir xalqi, dovleti oz Qarabag digasinin esaretinden qurtara bilmir? Xalq herekatinin yek merami-DEVIZI olar. 25 illik siyasi-herbi strategiya ve dunyavi xarclar onu heleki virane Qarabaga catdirmayib.
Azərbaycanda kifayət qədər yalan-doğru,işləyən və heç üzvləri olmayan müxtəlif adda partiyalar var.Halq hərəkatına daxil olan partiyalar da heç vaxt səsi eşidilməyən.xalq tərəfindən tanınmayan "partiyaların biriyi kimi qələmə verilməsi heç nəyi vəd etmir. Bu sadəcə milləti parçalamaq,fikir ayrılığı yaratmaq məqsədi daşımaq kimi başa düşülməlidir.Çünki sadalanan partiyaları bir yerə toplasanız 50-60 şəxsdən artıq olmaz.Ona görə ki. Azrbaycanda əslində 5-6 milyon əhaliqalıb ki. bunların da 2-3 milyonu parti
Milli hərakatı parçalayan,müdafiə naziri olmaqdan çox Azərbaycan xalqının bəlasına çevrilən,A. Mütəllibov və Rüfət Ağayev dəstəsinin dostu,Moskvanın nökəri olan Rəhim Qazıyevə yenidən meydan verməyə çalışmaq,onunla birlikdə hərəkata qoşulmaq,ancaq və ancaq xəyanətkarların əməlidir.Rəhim Qazıyev hamının gözü qarşısında Moskvanın əli ilə MTN-nin həbsxanasından qaçırılan casus,Xocalı soyqırımının törədilməsi üçün Şuşadan rus hərbiçilərinin üzərinə top atəşi açdıran iblisdir.Nadanlığımız bizi məhv edəcək...