Menu

Azərbaycan bankları 1 saniyədə 9 manat xalis mənfəət əldə edir

27.03.2019, 10:10
Azərbaycan bankları 1 saniyədə 9 manat xalis mənfəət əldə edir

2018-ci ildə Azərbaycanın bank sektoru hər ay orta hesabla 23,283 milyon manat xalis mənfəət əldə edib.

Bu, "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.

Ötən il sektorun gündəlik mənfəəti 765,48 min manat, 1 saatlıq mənfəəti 31,895 min manat, 1 dəqiqəlik mənfəəti 531,58 manat, 1 saniyəlik mənfəəti isə 8,86 manat təşkil edib.

Ayrı-ayrı banklar üzrə vəziyyət isə aşağıdakı kimidir:

№ Bankın adı Bankın (xalis) mənfəəti / 

zərəri (manatla)

1 saatlıq 1 dəqiqəlik 1 saniyəlik
1 Access Bank -1 778,42 -29,64 -0,49
2 AFB Bank 2 471,92 41,20 0,69
3 AGBank 612,67 10,21 0,17
4 Amrah Bank -1 433,11 -23,89 -0,40
5 Atabank 7,65 0,13 0,00
6 Azərbaycan Beynəlxalq Bankı 48 611,99 810,20 13,50
7 Azərbaycan Sənaye Bankı 450,46 7,51 0,13
8 Azər-Türk Bank 19,29 0,32 0,01
9 Bank Avrasiya 591,55 9,86 0,16
10 Bank BTB 80,37 1,34 0,02
11 Bank of Baku 396,46 6,61 0,11
12 Bank Respublika 245,89 4,10 0,07
13 Bank VTB Azərbaycan -28 593,38 -476,56 -7,94
14 Express Bank -2 711,76 -45,20 -0,75
15 Günay Bank 147,26 2,45 0,04
16 Xalq Bank 3 167,12 52,79 0,88
17 İran Milli Bankı - Bakı 244,29 4,07 0,07
18 Kapital Bank 11 193,26 186,55 3,11
19 Muğan Bank 163,24 2,72 0,05
20 Naxçıvan Bank 619,75 10,33 0,17
21 NBC Bank 131,28 2,19 0,04
22 Nikoyl Bank -15 433,90 -257,23 -4,29
23 Pakistan Milli Bankı - Bakı 0,34 0,01 0,00
24 PAŞA Bank 8 796,46 146,61 2,44
25 Premium Bank 1 834,02 30,57 0,51
26 Rabitəbank 356,62 5,94 0,10
27 Turan Bank 7,99 0,13 0,00
28 Unibank 3 458,90 57,65 0,96
29 Yapı Kredi Bank Azərbaycan 615,07 10,25 0,17
30 Zıraat Bank Azərbaycan 156,96 2,62 0,04
Orta hesabla 31 895,00 531,58 8,86

Şərhlər

Muhendis B. 2019-03-27 10:10:01

Butun Iqtisadcilardan sorun tebii servetlersiz olkede hemin bir saniyede nece manatliq natural mehsul hazirlaniz? Bu zeruri terezi ve gostericidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol