Menu

İlham Əliyev və Nikol Paşinyan Vyanada görüşəcək - RƏSMİ

27.03.2019, 10:57
İlham Əliyev və Nikol Paşinyan Vyanada görüşəcək - RƏSMİ

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında baş tutacaq. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol