Menu

"Fəaliyyətilə partiyanın adına ləkə gətirənlərə..." - YAP-dan Əli Nağıyevə cavab

27.03.2019, 12:51
"Fəaliyyətilə partiyanın adına ləkə gətirənlərə..." - YAP-dan Əli Nağıyevə cavab

“Yeni Azərbaycan Partiyası cəmiyyətdə fəaliyyəti, dövlətə xidməti ilə tanınan bütün üzvlərinə həmişə hörmətlə yanaşıb. Bu məsələdə kimin hansı vəzifə daşımasının əhəmiyyəti yoxdur”.

“Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

O, YAP-ın sabiq sədr müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin fikirlərinə münasibət bildirərkən deyib ki, müəyyən mərhələdə partiya sıralarında olan, amma sonradan fəaliyyəti ilə partiyanın adına ləkə gətirən, dövlətçiliyə xidmətdə səhvlərə yol verən insanlara həmişə prinsipial qiymət verilib: “Yeni Azərbaycan Partiyasında sədaqətli partiya üzvlərinə, Heydər Əliyev yolunun sədaqətli davamçılarına həmişə böyük hörmət olub, bundan sonra da belə olacaq”.

Xatırladaq ki, Ə.Nağıyev müsahibəsini demokrat.az saytı yayıb. O, müsahibəsində YAP üzvlərini sərt tənqid edib.

Şərhlər

AYRİM 2019-03-27 12:51:14

Aydın müəllim doğrudanmı Əli Nağıyev dəqiq deyirki, YAP 700 min inəyi var qaddan alem? Bu inəklri harda saxlayırsınız hıy? Bəlkə göndərəsiniz bizim kəndə borduyuf, ötürək xarici bazarlara qaddan alem? Elə Türkiyənin özündə ətin qiyməti 25 dolları kecif danaa..

teymur 2019-03-27 12:51:14

aydin mirzazada ali nagiyev yap yaradanda san mingecevirda asirma salvarda gazirdin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol