Menu

AFFA milliyə pul mükafatı verdi - Uduzulan oyuna görə!

27.03.2019, 14:30
AFFA milliyə pul mükafatı verdi - Uduzulan oyuna görə!

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası milli komandanın son iki oyununa görə futbolçuları mükafatlandırıb.

Qol.az-a daxil olan xəbərdə bildirilir ki, AFFA “Avro-2020”nin seçmə mərhələsinin Xorvatiya ilə rəsmi matçına və Litva ilə yoxlama görüşünə görə hər oyunçuya 5000 manat pul mükafatı verib (2 min Xorvatiya, 3 min isə Litva ilə oyun üçün).

Xatırladaq ki, milli komandamız Xorvatiyaya 1:2 hesabı ilə uduzub, Litva ilə matçda isə heç-heçə edib.

Qeyd edək ki, adətən, dünya təcrübəsində rəsmi oyunlardakı məğlubiyyət və zəif rəqiblərlə yoxlama matçlarındakı heç-heçəyə görə pul mükafatı verilmir.

Şərhlər

EJDER 2019-03-27 14:30:00

BIZ ANALOQU OLMAYAN DOVLETIK......HA HA HA .IDMANIMIZDA ANALOQU OLMAYAN,DAYANIQLI INKIWAFDADIR.HA HA HA,BELKE BIZ AZ YAVAWDIYAQ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol