Menu

Rusiyada erməni iş adamı öldürülüb

27.03.2019, 14:30
Rusiyada erməni iş adamı öldürülüb

Rusiyanın paytaxtı Moskva şəhəri ətrafında “Sotsstryo” (“Sosialtikinti”) tikinti firmasının baş direktoru, erməni etnik qrupunun nümayəndəsi Mqert Saracanyanın meyiti Putilov kəndindəki mənzilində aşkarlanıb.

“Report” “Panorama”ya istinadən xəbər verir ki, 34 yaşlı iş adamının meyitinin üzərində çoxsaylı bıçaq yarası olub.

Onun ölümünə bıçaq yaralarının səbəb olduğu bildirilir.

Qeyd edək ki, “Sotsstryo” yaşayış evlərinin tikintisi ilə məşğul olur.

Şərhlər

Ayzek 2019-03-27 14:30:02

Sağ əli həmcinslərinin başına!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol