Menu

Suriya ABŞ-ı “İslam Dövləti” ilə birgə mübarizə aparmağa çağırdı

26.08.2014, 08:48
Suriya ABŞ-ı “İslam Dövləti” ilə birgə mübarizə aparmağa çağırdı

Suriya XİN rəhbəri Valid Muallem ABŞ-a “İslam Dövləti” qruplaşması ilə mübarizədə yardım təklif edib

APA-nın “BBC”-yə istinadən yaydığı məlumata əsasən, Muallemin bildirib ki, “İslam Dövləti” ilə mübarizədə beynəlxalq koalisiyanın mərkəzi məhz Suriyadır.

ABŞ, Böyük Britaniya, Kanada və bir neçə ölkədə bu qruplaşma terrorçu təşkilat kimi tanınır.

Qeyd edək ki, ABŞ terrorçuların İraqdakı mövqelərinə artıq bir neçə zərbə endirib və gələcəkdə bu cür zərbələrin “İslam Dövləti”nin Suriyadakı mövqelərinə də endirmək niyyətində olduğunu elan edib. Muallem qeyd edib ki, Suriya ərazisində bu cür əməliyyatların keçirilməsi Suriya rəhbərliyi ilə razılaşdırılmalıdır: “Əks təqdirdə istənilən addım təcavüz kimi qiymətləndiriləcək”.

Qeyd edək ki, Muallemin bu bəyanatı Bəşər Əsəd hakimiyyətinin nümayəndəsinin “İslam Dövləti” problemi üzrə ilk şərhidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol