Menu

Elmira Süleymanova məzuniyyətdən qayıdıb

27.03.2019, 14:50
Elmira Süleymanova məzuniyyətdən qayıdıb

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın məzuniyyəti başa çatıb.

"Report"un əldə etdiyi məlumata görə, o, bu gündən işə çıxıb.

Qeyd edək ki, E.Süleymanova martın 11-də məzuniyyətə çıxmışdı. O, xarici ölkələrdən birində istirahət edib.

Xatırladaq ki, sonuncu dəfə 2010-cu il martın 5-də müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə - 2002-ci il və 2010-ci ildə İnsan hüquqları üzrə müvəkkili seçilib.

Şərhlər

Vətəndaş 2019-03-27 14:50:54

Onu pensiyaya göndərməyin vaxtı deyilmi? Adam normal yeriyə bilmir.bu boyda məsul post tutur( yəui yer tutur ).Ölkədə normal,iş qabiliyyəti olan insan tapılmır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol