Menu

"Əli İnsanovun duyğularını xəyalıma da gətirə bilmərəm" - Əli Nağıyev

27.03.2019, 15:05
"Əli İnsanovun duyğularını xəyalıma da gətirə bilmərəm" - Əli Nağıyev

“Bu məsələ barədə heç nə deyə bilmərəm. Mən Əli İnsanov deyiləm. Onun vəziyyətinə düşüb, ondan sonra qərar vermək olar”.

Bunu Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) ideya müəllifi və qurucularından biri, partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev bu günlərdə həbsdən azad edilən keçmiş səhiyyə naziri Əli İnsanovun mərhum Heydər Əliyevin məzarını ziyarət etməməsinə münasibət bildirərkən deyib.

Keçmiş nazir bildirib ki, başqasının adından açıqlama vermək doğru deyil:

“14 illik əzabdan sonra Əli İnsanovun duyğularını xəyalıma da gətirə bilmərəm. Onunla heç vaxt düşmən olmamışam. İndi bu adamın adından hər hansı açıqlama verməyim nə dərəcədə doğrudur?!”.

Şərhlər

Vətəndaş 2019-03-27 15:05:54

Özünü YAP-ın qurucularından hesab edən Əli Nağıyev görəsən qurduqarı partiya üzvlərinin yüksək vəzifə tutanlarının talançı,korrupsioner, olduqlarına,milyardlarla xalqın malını yediklərinə,rüşvət və digər qeyri-qanuni yollarla əldə etdikləri əmlak,villa sahibi olmaları,Azərbaycanda qyri qanuni əldə etdikləri vəsaitləri xaricə daşıdıqlarına görə məsuliyyət hiss edirmi?...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol