Menu

Piratlar Türkiyədən yola düşən tankeri girov götürüb

27.03.2019, 23:37
Piratlar Türkiyədən yola düşən tankeri girov götürüb

Türkiyənin Tuzla bölgəsindən yola çıxan “Elhiblu 1” adlı tanker Aralıq dənizinin Liviya sahillərində qaçırılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Palau dövlətinə məxsus olan tanker piratlar tərəfindən girov götürülüb.

Məlumata görə, tankerdə olan 6 nəfərdən 4-ü hindistanlı, biri türk və biri də liviyalıdır.

Hadisə barədə məlumat daxil olduqdan sonra, Liviya Sahil Mühafizə Xidmətinə məxsus döyüş gəmisi tankerə müdaxilə üçün əraziyə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol