Menu

«Rusiya Venesueladan getməlidir!» - TRAMP

28.03.2019, 00:05
«Rusiya Venesueladan getməlidir!»  - TRAMP

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanı Venesueladan getməyə və «qeyri-legitim» prezident Nikolas Maduronu dəstəkləməkdən çəkinməyə məcbur etmək üçün istənilən vasitədən istiadə etməyə hazırdır.

Bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib. «Rusiya getməlidir» - Tramp bəyan edib və jurnalistlərə bildirib ki, bu vəziyyətdə «fəaliyyətin bütün variantları mümkündür» («Röyter»).

Bu arada ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, hökumətin proqnozuna görə, Venesuelanı daha 2 milyon qaçqın tərk edəcək.

«Onların bir çoxu Kolumbiyaya keçəcək, bir hissəsi isə Braziliyaya və bölgənin digər ölkələrinə» - Pompeo qeyd edib.

Dövlət Departamenti başçısının fikrincə, Venesuela iqtisadiyyatının acınacaqlı durumu ABŞ sanksiyalarının nəticəsi yox, Karakas hökumətinin fəaliyyətinin nəticəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol