İsrailin Suriyaya raket zərbəsi endirməsi nəticəsində İranın 11 hərbçisi ölüb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.
“The Associated Press” isə hadisə nəticəsində İranın 7 hərbçisinin öldüyünü bildirib.
İsrailin nəqliyyat naziri, xarici işlər nazirinin müavini İsrael Katz Suriyanın Hələb şəhərinə yəhudi dövləti ordusunun hücum etdiyini təsdiqləyib.
“SANA” agentliyi bildirib ki, martın 28-i gecə saatlarında İsrailə məxsus döyüş təyyarələri Hələb şəhərinin Bəşşar Əsəd rejiminin nəzarəti altında olan hissəsinə - Şeyx Nacar bölgəsinə raket hücumu edib. Məlumata görə, hücumun əsas hədəfinin Hələbdəki İran hərbçilərinə aid silah anbarı olub.


Şərhlər
Covlan tepelerinden Tel Evive hucum butun yehuduleri araliq denizine tokmek mesele kokunden hell olunur.Dunyada fitnenin koku kesilir.1 ci cehbe Qezze 2 ci cehbe Covlan 3 cu cehbe Livanin cenubu 4 cu cehbe qervi Şeria.Serdar Suleymani ireli!