Menu

"Rusiya qoşunları Krımda müharibəyə hazırlaşır" - Mustafa Krımoğlu

26.08.2014, 11:34
"Rusiya qoşunları Krımda müharibəyə hazırlaşır" - Mustafa Krımoğlu

Krım türklərinin lideri Mustafa Krımoğlu Rusiya qoşunlarının Krımda müharbəyə hazırlaşdığını deyib.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, rus qoşunları hazırda öz mövqelərini möhkəmlətməklə məşğuldur. Onlar postlarına yaxın yaşayış hissələrində olan insanlara xəbərdarlıq edərək, yaxın vaxtlarda ərazidə vəziyyətin gərginləşə biləcəyini elan ediblər.

Krımoğlunun sözlərinə görə, rus qoşunları yüksək hazırlıq vəziyyətindədir və hər an Ukrayna qoşunlarına hücum edə bilər: “Rusiya ordusu Krımda öz mövqeyini gücləndirir, onlar hər an Ukrayna qoşunlarına hücum edə bilər. Ruslar Krım türklərini "5-ci kolon" hesab edirlər. Ona görə, Putinin əsgərləri yaranacaq qarşılıqda dinc krım əhalisini də öldürməyə hazırdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol