Menu

Azərbaycanda pensiya sistemi təkmilləşdiriləcək

28.03.2019, 17:10
Azərbaycanda pensiya sistemi təkmilləşdiriləcək

Azərbaycanda yeni, təkmilləşdirilmiş pensiya sisteminin tətbiq olunmasını nəzərdə tutan sənəd hazırlanır.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev xarici diplomatlarla ölkədə sosial islahatlara həsr olunmuş görüş zamanı deyib.

Nazir bildirib ki, sənəd sosial təminat sahəsində islahatlar çərçivəsində hazırlanır və 30 illik müddəti əhatə edir.

Şərhlər

Rizvan 2019-03-28 17:10:20

Yəqin bu nazir islahat adı ilə təklif edəcək ki,bu ildən ildə 1 il olmaqla pensiya yaşına əlavə edilsin 30 ildən sonra pensiya yaşı 95 yaş olsun.Bir buna izah etmək lazımdır ki,65 yaşdan sonra hec kimə islahat lazım deyil.Belə bir deyim var"Neyləyirəm o qızıl teşti ki, içinə qan qusacam".Ən böyük islahat pensiya yaşını azaltmaqdır.

Müfəttiş 2019-03-28 17:10:20

Allah bilir, yenə xalqa hansı sürpriz hazırlayırlar .Birdəfəlik Azərbaycanda pensiya sistemini ləğv etsələr, Hadıkimilərin canı qarğışdan qurtarar, adamlar da birdəfəlik öz işlərini bilərlər...

Islam mellim 2019-03-28 17:10:20

Ayibdir e vallah.Pensiya yasi 65-e qaldirildi .Camahat 60 yasdan yuxari yasaya bilir ki 65-e catib pensiya alsin.Insafiniz olsu .Pensiya yasini 60 yasa yendirmek lazimdir.Bu millet yaziqdir axi.

Pensiyaçı 2019-03-28 17:10:20

Hansı kadrlarla? S.Babayevlə? Gülməli deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol