Azərbaycanda əməkhaqlarının yenidən artırılması həyata keçiriləcək. Bunu yap.org.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, minimum, orta aylıq əmək haqları, pensiyalar artacaq, yeni iş yerləri açılacaq, bütün bunlar əhalinin sosial rifah halının güclənməsinə, ölkəmizi sosial rifah dövlətinə gətirib çıxaracaq.
"2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. 2019-cu ilin ilk iki ayında sosial sahədə atılan addımlar heç də təsadüfi, hər hansı impulsiv qərar deyil. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Son imzalanan sərəncamlar da bir və ya iki ayın işi deyil, onların üzərində aylardır ki, iş gedib.
Prezident də bəyan edib ki, 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində xüsusi bir il olacaq. Yəni 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf, 2019-cu il isə sosial inkişaf və rifah ili kimi xalqımızın tarixinə düşəcək".


Şərhlər
Bu deputatlar qəribə insanlardırlar.Sanki onlar aydan gəliblər,ölkədən xəbərsizdirlər.Ay deputat,180-250 manatla bir ay-30 gün yaşamaq mümkündürmü ki,belə artımla lovğalanırsınız?Adi bir insanı götürün,onun 30 gün yemək,nəqliyyat,geyim,rabitə,təsadüfi səhiyyə,ayda bir dəfə
(heç olmasa )kino-teatra getməsinə, yaşadığı evin (əgər varsa)kommunal xərclərinə,çatması mümkündürmü? Əsla yox! Bunu bilə-bilə belə boş ,əsassız çıxışlarınızla nə dediyinizi anlaya bilirsinizmi.Nə zaman real, doğru danışacaqsınız?
GƏLİR VERGİSİNƏ baxmaq lazıimdir.heç olmasa 500-600 man maaş alanlarin vergisi azalmalıdir 14 fazi çoxdur
Gözəl hekayə danışırsan.İnkişaf deyəndə yəqin deputatların maaşını nəzərdə tutur.Pensiyaları 5 manat 60 qəpik artırmaq indiki bahaçılıq halında artım sayıla biərmi?Bu ömrünü işləyərək ölkəyə həsr edən adamlara nifrətin nümunəsi deyilmi?Minimum əmək haqqını artırıb cərimələrdən qazanmaq inkişafmı sayılır? Sizin kimilər bu hökuməti hörmətdən saldılar.SAdə İnsanların güzəranından xəbəriniz belə yoxdur.Ölkədə bir corab,yaylıq,alt paltarı ölkədə istehsal olunmur.XAricdən asılı qalmışıq.Buurmu inkişaf.Nağıl!
Musa Quliyev maaş artırır - ha, ha, Ha!
NAQIL DANIWMAYIN...R.MARKETDE QIYMETLER MAAWLARDAN QABAQ QALXIR,SAQ YEMESINLER,BRAVOLAR....LUKAWENKO CANI...EVROMEDIN DERMENLERI QISMET OLSUN ONLARA
Musa Quliyev maaş artırandırsa indiyə kimi harda idi? Hadı nə işlə məşğul olur?