Menu

İranda daşqınlar nəticəsində ölənlərin sayı 44-ə çatıb

29.03.2019, 00:15
İranda daşqınlar nəticəsində ölənlərin sayı 44-ə çatıb

 

İranda ötən həftə başlayan daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfər çatıb.

Trend-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə ölkənin Fövqəladə Hallar üzrə İdarəsinin rəhbərinin müavini bildirib. Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi.

Müavin deyib: "Fars əyalətində 21 nəfər, Gülüstanda 7 nəfər, Mazenderanda 5 nəfər, Şimali Xorasanda 3 nəfər, Kohgiluyə və Boyer-Əhməddə 2 nəfər, Kermanşahda 1 nəfər, Xuzestanda 1 nəfər, Lorestanda 2 nəfər, Həmədanda 1 nəfər və Semnanda 1 nəfər həlak olub".

Xatırladaq ki, 10 gün ərazində İranda davam edən güclü yağıntılar daşqınlara səbəb olub. Bəzi şəhər və kəndlər su altında qalıb. Gülüstan vilayətinin Gümüşan və Siminşəhr şəhərləri boşaldılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol