Menu

Hesablama Palatasının üzvlərin maaşı artırılıb

29.03.2019, 13:18
Hesablama Palatasının üzvlərin maaşı artırılıb

Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək.

ONA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən qəbul edilən "Hesablama Palatası haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Layihə səsverməyə çıxarılıb və qəbul edilib.

Şərhlər

məmmədqulu 2019-03-29 13:18:03

Yaşa-yaşa Azərbaycan! Yazıqlar bu vaxtadək acından ölürlərmiş. Bundan sonra kərtof və şor yeyə biləcəklər!!!!!!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol