Menu

İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatdı - YENİLƏNİB

29.03.2019, 17:10
İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatdı - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb.

"Report"un məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir.

* * *

Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

Şərhlər

tərtərli 2019-03-29 17:10:55

Cavid qaxada ordaydimı sən Allahın ? Bə niyə göstermersiniz şəklinəsədə baxaq?

vızz 2019-03-29 17:10:55

Təbriklər a millət!!!!!!! Sabahdan başlayırıq Qarabağa qayıtmağa!!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol