Menu

Qardaşı oğlu Şərurlu İsfəndiyarı məhkəməyə verdi

29.03.2019, 16:10
Qardaşı oğlu Şərurlu İsfəndiyarı məhkəməyə verdi

Azərbaycan məhkəmələrində Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundovla bağlı xeyli işə, müxtəlif məhkəmə iddialarına baxılır.

“Report”un əldə etdiyi məlumata görə, onu məhkəməyə verənlərdən biri də doğma qardaşı oğlu Eldəniz Axundovdur.

E.Axundov əmisi ilə torpaq mübahisəsinə görə Xətai Rayon Məhkəməsinə müraciət edərək müvafiq müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə iddia qaldırıb.

Məhkəmə iddianı qismən təmin edib.

Hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, qalmaqallı iş adamının adı mətbuatda sonuncu dəfə bu gün hallanıb. Onun aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı haqsızlıq etdiyi bildirilir. Məsələdən Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xəbər tutub və onun göstərişi ilə Sənan Axundovun ailəsinə yeni mənzil verilib.

Şərhlər

EJDER 2019-03-29 16:10:28

BELI HAMISI BIR....QIRIN BIR BIRINIZI

hellas 2019-03-29 16:10:28

Baş qatırlar. Camaatın fikrini əvvəlki fırıldaqlardan yayındırmaq istəyirlər. İlanın ağına da lənət, qarasına da!!!!

mamed 2019-03-29 16:10:28

Nə isə bir nağıla oxşayır bu,məlikməmmədin nağılına.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol