Menu

Yekaterinburqda McDonald’s «texniki səbəblərdən» bağlanıb

26.08.2014, 13:00
Yekaterinburqda McDonald’s «texniki səbəblərdən» bağlanıb

Rusiyada daha bir McDonald’s restoranı bağlanıb.

Çərşənbə axşamına keçən gecə restoranın girişində elan asılıb ki, restoranın bağlanması «texniki səbəblərdən» qaynaqlanır.

Rospotrebnadzor hadisəyə şərh verməyib.

Ötən həftə Rospotrebnadzor Rusiya ərazisində McDonald’s şəbəkəsini yoxlamağa başlayıb.

Avqustun 20-də bildirilib ki, Moskvadakı restoranlarda çoxsaylı sanitar pozuntular aşkarlanıb. Restoranlardan 3-ü bağlanıb, 2-də yoxlama gedir.

Bazar ertəsi Stavropolda yeganə McDonald’s bağlanıb.

Rusiya baş nazirinin müavini Olga Golodets bildirib ki, Rospotrebnadzor-un bütün ölkə ərazisində McDonald’s restoranlarını yoxlamaq planı yoxdur.

Hazırda Rusiyada 450 McDonald’s restoranı var. Bu, 70 ölkədə olduğundan çoxdur. Onlarla bir milyona yaxın müştəriyə xidmət göstərir. Şirkətdə 37 min işçi çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol