Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib.
Virtualaz.org bildirir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin saytı məlumat yayıb.
Komitənin İntizam Komissiyası idmançının Olimpiya oyunları zamanı dopinqdən istifadə etdiyini təsdiqləyib. Bu səbəbdən onun nəticələri ləğv edilib.
Qeyd edək ki, Valentin Xristovdan alınan olimpiya medalı həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilib.


Şərhlər
BES BU BOLQARA VERDIYIMIZ MILYONLAR NE OLDU,NIYYY...HEYF SENDEN AZEBIJAN
O yəqinki muzdla bizim ölkənin adından çıxış edənlərdəndir. Əgər elədir sə indi o və onun yan yörəsindəkilər də bizimkilərdən aldığı pulu qaytaracaqlarmı və yaxud qaytarmalıdırlarmı?