Menu

“Görüş səmərəli olub" - Fransalı həmsədr

29.03.2019, 21:09
“Görüş səmərəli olub" - Fransalı həmsədr

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün məzmunlu və səmərəli olduğunu bildirib.

Bu barədə "Report" "Sputnik"ə istinadla xəbər verir.

"Görüş uzun, məzmunlu, səmərəli keçib. Ümidvarıq ki, bu, belə davam edəcək”, - fransalı diplomat bildirib.

Şərhlər

Azərbaycanlı 2019-03-29 21:09:22

Bu səmərəlilik neçə il davam edəcək?Azərbaycan Fransa və Rusiyanın həmsədrlikdən çıxarılaraq başqa ölkələrin nümayəndələri ilə əvəz edilməsini tələb etməlidir.Əks təqdirdə bu səmərəlilik daha 25 il davam edər və bu zamana qədər Qarabağın və 7 rayonun talei Ermənistanın xeyrinə avtomatik həll olunar.Yuxudan ayılmaq,həqiqəti görmək lazımdır.
Çünki Rusiya Ermənistanın arxasındadır,Fransa isə Erməni istiqamətlidir.

hellas 2019-03-29 21:09:22

Əlbəttə çox səmərəli olub deyəcəksiniz həmişə. Necə ki, 25-30 ildir bu nəğməni oxuyursunuz. Səmərəli o cəhətdən olub ki, Luvr təmir olunub, Sarkozi "Norveç Təqaüd Fondu"ndakı nöyüt pullarından əmdi, indi də Makronun "anası"na ötürdü ki, o da əmsin!!!

Azərbaycan vətəndaşı 2019-03-29 21:09:22

Boş söhbətdir.25 ildir nəticəsiz görüşlər keçirilir.Bu görüş də səmərəsiz görüşlərdən biridir.

Vəli 2019-03-29 21:09:22

Səmərəli necə? Qanımızı içən, torpaqlarımızı alan düşmən torpaqlarımızdan çıxır,qovulur,yoxsa?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol