Menu

«Respublikada rus dili rəsmi dil olaraq qalacaq» - Qırğızıstan prezidenti

29.03.2019, 20:40
«Respublikada rus dili rəsmi dil olaraq qalacaq»  - Qırğızıstan prezidenti

Rusiya Qırğızıstanın strateji həmkarıdır və iki ölkə arasında dostluğun möhkəmləndirilməsi kursunu davam etdirəcək. Bu barədə Qırğızıstan respublikasının prezidenti Sooronbay Jeenbekov Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfərinin gedişində təşkil olunmuş brifinqdə bəyan edib («Sputnik Qırğızıstan»).

«Biz, hər iki ölkənin maraqlarına cavab verən böyük sazişlər paketi imzaladıq. Əminəm ki, onların reallaşdırılması bizim dövlətlərimizə çoxlu faydalar gətirəcək» - deyə, Jeenbekov bildirib və qeyd edib ki, Qırğızıstan və Rusiya arasında münasibətlər keyfiyyət baxımından yeni səviyyəyə çatıb.

Danışıqların gedişində qırğız lider Rusiya prezidentindən Qırğızıstan vətəndaşları üçün miqrasiya prosedurunu yumşaltmaq imkanlarına baxmağı xahiş edib. Tərəflər həm də narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizəni gücləndirmək barədə razılığa gəliblər.

Jeenbekov qeyd edib ki, Qırğızıstanı Rusiya ilə ümumi tarix birləşdirir, ona görə də «biz həmişə onun uğurlarına sevinirik və qırğız-rus dostluğunun möhkəmləndirilməsi kursunu davam etdirəcəyik».

«Rus dili Qırğızıstanda rəsmi dil olub və olacaq» - deyə, prezident əmin edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol