Menu

«ŞİMALİ KAROLİNANI İSRAİLƏ VERİN» - Suriyanın BMT-dəki daimi nümayəndəsindən ABŞ-a «təklif»

29.03.2019, 21:21
«ŞİMALİ KAROLİNANI İSRAİLƏ VERİN»  - Suriyanın BMT-dəki daimi nümayəndəsindən ABŞ-a «təklif»

Bəşər Cəffəri: «İsrail «siyasi oyunlar»da piyadaya çevrilib»

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Bəşər Cəffəri ştatlarından bir cütünü İsrailə verməyi Amerika Birləşmiş Ştatlarına (ABŞ) təklif edib.

«Nə üçün də Şimali Karolina İsrailə verilməsin? Ora yaxşı torpaq sahəsidir...» - deyə, Cəffəri ABŞ-ın Qolan təpələri üzərində İsrailin suverenliyini təsdiqləyən qərarı ilə bağlı çərşənbə günü Təhlükəszlik Şurasının (TŞ) fövqəladə iclasında çıxış edərkən bildirib.

«Əgər siz, bu ölkəni belə dəstəkləyirsinizsə, bir cüt ştatınızı İsrailə bağışlayın» - Cəffəri kinayə ilə ABŞ-a təklif edib.

«Suriya Qolanı - bura bizim ərazimizdir və o, bizə qayıdacaq. Yolunuzu azmayın ki, nə vaxtsa bu torpaq Sizin olacaq, çünki Siz, siyasi oyunlarda piyadaya çevrilmisiniz» - deyə, Cəffəri israilli həmkarına səslənib

Şərhlər

Kohne qzerbaycanliya 2019-03-29 21:21:30

Ne qeder ki yaqub eyyubov vezifededi ve bas nazirin 1-ci muavinidi azerbaycan tam musteqil dovlet kimi qəbul oluna bilmeyecek......

Mubariz 2019-03-29 21:21:30

SUBHENELLAH.Tebii ki delini yerinde otuzdurmaq vaxtidi.Ne tutarli cavab verib cenab Ceferi

Köhnə azərbaycanlı 2019-03-29 21:21:30

Biz də nə vaxt belə cəsarət yaranacaq ki, Rusiyaya deyə bilək ki ən çox erməni yaşayan Krasnodar və ya Stavrapol vilayətinin Ermənistana birləşdirilməsinə icazə versinlər. Adın da qoysunlar "xalqların öz müqəddəratını təyinetmə prinsipi". Amma yox buna Azərbaycanda olan və hamıya məlum olan, Rusiyadan medal almış 5-ci kalon imkan verməz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol