Menu

Qaxın Sarıbaş kəndinə 60 santimetr qar yağıb - VİDEO

30.03.2019, 16:18
Qaxın Sarıbaş kəndinə 60 santimetr qar yağıb - VİDEO

Qax rayonunun ən ucqar yaşayış məntəqələrindən biri olan Sarıbaş kəndinə 60 santimetr qar yağıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ötən gecədən etibarən Şimal-qərb bölgəsinə qar yağmağa başlayıb.

Ən çox yağıntı Sarıbaş kəndinə düşüb.

Kənd sakinlərinin "Report"un bölgə müxbirinə verdiyi məlumata görə, Sarıbaşda qarın qalınlığı hazırda 50-60 santimetr təşkil edir.

Hazırda Sarıbaşda qar yağmaqda davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol