Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet Krım sahillərində Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus pilotsuz uçaqlarla kəşfiyyat aparılmasını təxribat adlandırıb və ABŞ hərbi-hava qüvvələrini (HHQ) Rusiya sərhədlərində «macəra axtarmamağa» çağırıb.
Bundan əvvəl «Prane Radar» monitorinq resursu xəbər vermişdi ki, ABŞ HHQ-nin pilotsuz uçağı (RQ-4B-40 Global Hawk) Krım sahillərində kəşfiyyat aparıb. Portalın məlumatına görə, «dron» İtaliyadakı aviabazadan havaya qalxaraq, Donbasını «təmas xətti»nə doğru irəliləyib, sonra isə Qara dəniz sahili boyunca uçub.
«Bu, ABŞ tərəfindən növbəti təxribatdır. Onlar nümayiş etdirimək istəyirlər ki, hələ də dünya polisidirlər. Ona görə də Yer kürəsinin bütün guşələrində patrulluq edirlər. Onların fəaliyyətinin məntiqi aydın deyil. Onlar növbəti dəfə bizim səbrimizi sınağa çəkirlər, amma səbrimiz sonsuz deyil. ABŞ HHQ-nin Krım sərhədlərində macəra axtarmağına dəyməz. Onlar gərək dayanıb da fikirləşsinlər» - Şeremet qeyd edib.
Deputat ABŞ hakimiyyətinə «ayının gözləri qarşısında qırmızı parça yellətməməyi» tövsiyə edib.
Rusiya Müdafiə Nazirliyi (MN) Vaşinqtonu belə kəşfiyyat əməliyyatlarından çəkinməyə çağırıb, ancaq Pentaqon buna imtina ilə cavab verib.
Belə məqamlarda istər-istəməz, Pauersin U-2 təyyərəsinin aqibəti yada düşür. Tarix təkrar olunacaqmı?
AzPolitika.info


Şərhlər