Menu

Həmas 72 saata 25 fələstinlini edam etdi

26.08.2014, 15:23
Həmas 72 saata 25 fələstinlini edam etdi

Qəzzada son 72 saatda 25 fələstinli edam olunub. Onları Həmas edam edir.

Bu adamlar Israillə əməkdaşlıqda günahlandırılır. Onlar İsrailə Həmas yaraqlılarının yerini bildirməkdə ittiham olunurlar. Human Rights Watch Qəzzada bu edamları dərhal dayandırmağa çağırır.

Təşkilat bildirir ki, edam olunanları tənha parka aparıb öldürürlər. Öldürülənlərin adları açıqlanmır ki, ailələrinə bundan ziyan dəyməsin.

Fələstin Azadlıq hərəkatının 1979-cu il cəza qanununa görə düşmənə hərbi informasiya verən ölüm cəzası ala bilər.

Human Rights Watch bildirir ki, satqınlıq və casusluq doğrudan da ağır cinayətlərdir, ancaq bunlar məhkəmə ilə müəyyən olunmalıdır və cəza dövlət qurumu çərçivəsimndə icra olunmalıdır.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol