Menu

Tramp Poroşenkonun həbsini hazırlayır! - ABŞ mətbuatı

02.04.2019, 00:10
Tramp Poroşenkonun həbsini hazırlayır!  - ABŞ mətbuatı

Ukrayna prezidenti Pyotr Poroşenkonun Kiyevlə Vaşinqton arasında ideal münasibətlərin qurulmasına çağıran dövri bəyanatlarına baxmayaraq, bir çox ekspertlər əmindirlər ki, əslində, vəziyyət ilk baxışda göründüyü kimi ürəkaçan deyil (https://newzfeed.ru/).

Bu günlərdə Amerika KİV-ləri xəbər veriblər ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Ukrayna prezidenti Pyotr Poroşenkonu həbs etməyə hazırlaşır - ABŞ-dakı seçkilərə müdaxilə işi üzrə.

Analitiklərin fikrincə, Ukrayna lideri ikinci prezidentlik müddətinə yox, ABŞ-da dəmir barmaqlıqlar arasında birinci müddətə hazırlaşmalıdır. Federal Təhqiqat Bürosunun (FTB) nümayəndələri bəyan ediblər ki, artıq 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə Poroşenkonun müdaxiləsi faktı üzrə cinayət işinə başlanıb. Bu barədə KİV-lər Ukrayna vətəndaşlığından məhrum edilmiş, Ali Radanın sabiq deputatı Andrey Artyomenkodan öyrəniblər.

Məhz Artyomenko - yeganə ukraynalı siyasətçidir ki, Kremlin ABŞ-da prezident seçkilərinə müdaxiləsi işi üzrə xüsusi prokuror Robert Müllerin təhqiqatının gedişində and içməklə, ifadə verib. Dindirilmə zamanı Kiyevin bu işlə əlaqəli olduğu üzə çıxıb.

Müllerin təhqiqatı Poroşenkonun və onun yaxın ətrafının iştirakçı olduğu korrupsiya işinin üstünü açıb. ABŞ tərəfi eks-deputatdan Poroşenkonun korrupsiya sxemlərində birbaşa iştirakını təsdiqləyən sənədlər alıb.

«Vaxtı çatıb ki, FTB-nin Nyu-York departamenti Onişenkonun plyonkasının və minlərlə sənədlərin təqdimatını keçirsin. Həmin sənədlər Poroşenkonu, Qontaryovu, Pasenyuku və digər personajları ikinci yox, birinci müddətə Amerika türmələrinə gətirəcək - Lazarenkonu gətirdiyi kimi» - sabiq ukraynalı deputat bildirib.

Artyomenkonun sözlərinə görə, bu yaxınlarda Müller Kiyevin 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə müdaxiləsinə həsr olunmuş ayrıca cinayət işi açıb.

«Müstəntiqləri ayrıca olaraq Panama sənədlərinin Ukrayna hissəsinin dərc olunması maraqlandırır. Bu sənədlər ilk növbədə, Poroşenkonun maliyyə fırıldaqları üzrə onun yaxın ətrafına aiddir» - deyə, KİV-lər sabiq deputatdan sitat gətirirlər.

Məlumdur ki, cinayət işində rüşvətlər barədə söhbət gedir, xüsusilə də Poroşenkonun Oval kabinetdə Donald Trampla birlikdə şəkil çəkdirməyinə görə, vermiş olduğu 400 min dollardan söhbət açılır.

Beləliklə, dünən Ukraynada keçirilən prezident seçkilərinin birinci turunda ölkənin fəaliyyətdə olan prezidenti Pyotr Poroşenkonun şoumenə uduzmasının pərdəarxası səbəblərindən biri aydın olur. Amma böyük ehtimalla bu, hamısı deyil. Qısa müddət ərzində Poroşenkonun Rusiya prezidenti Vladimir Putinlə gizli əlaqələri üzə çıxsa, heç təəccüblənməyə dəyməz...

Hazırladı: Mirzə AĞ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol