Menu

Rejissor Rövşən Almuradlı dayanacaqda qəflətən dünyasını dəyişib

02.04.2019, 09:56
Rejissor Rövşən Almuradlı dayanacaqda qəflətən dünyasını dəyişib

Sumqayıtda ölüm hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında şəhərin Sahil küçəsində dayanacaqda avtobus gözləyən şəhər sakini Rövşən Almuradlının qəflətən vəziyyəti pisləşib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Həmin şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir.

Onun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

1954-cü il təvəllüdlü Rövşən Almuradlı rejissordur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol