Menu

Prezidentdən Şeyxə təbrik

26.08.2014, 17:38
Prezidentdən Şeyxə təbrik

Ölkə başçısı yubiliyara uzun ömür, can sağlığı arzulayıb

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni 65 illik yubileyi münasibətilə təbrik edib.

Qurumun Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təbrik məktubunda ölkə başçısının yubiliyara uzun ömür, can sağlığı və gələcək fəaliyyətində uğurlar arzuladığı vurğulanıb.

"Müxtəlif dinlərin nümayəndələri ilə səmərəli əlaqələr qurmaqla Siz dinlərarası və mədəniyyərarası dialoqun inkişafına bu gün də tövhələr verirsiniz.

Ümüdvaram ki, bundan sonra da Azərbaycan xalqına layiqincə xidmət göstərəcəksiniz",- deyə məktubda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol