Bunlar danışanda bişmiş toyuğu “yaş boğur”…

«Səninlə mənim gülməyə haqqımız yoxdur - birimiz qaçqın, digərimiz isə «qaçqınkom»»

Mirzə AĞ

Bir Bayram Səfərov var idi - Şuşanın icra başçısı və Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri - hərdən danışmaq xatirinə danışırdı və hər dəfə də «gül vururdu». Mən də hər dəfə «xəcalət təri» tökməli olurdum. Axırda dözməyib, onun «ağzından dürr tökməyinə» belə bir şərh yazdım: Adam var ki, az danışsa yaxşıdır, adam da var heç danışmasa yaxşıdır…

Bilmirəm, Bayram müəllim bu səpkili şərhlərdən bir nəticə çıxara bildi, yoxsa yox? Amma tezliklə onu «icma başçısı» görəvindən saldılar. Fəqət, müşahidələr göstərir ki, bununla məsələ bitmədi və tezliklə Bayram Səfərovun yeni-yeni davamçıları meydana atıldı...

Onlardan biri də yeni «qaçqınkom» Rövşən Rzayev oldu. Üstəlik də Rövşən müəllim öz «qiymətli» fikirləri ilə Bayram Səfərovu kölgədə qoydu. Məsələn, bir neçə gün bundan əvvəl Rövşən Rzayev qəflətən-naçar Ermənistanın müdafiə nazirinin Amerika Birləşmiş Ştatlarında (ABŞ) səsləndirdiyi bəyanata «cavab verdi» - «Ermənistanın müdafiə naziri danışanda mənim gülməyim gəlir». Maşallah, cavab, nə cavab?

Ardınca, «qaçqınkom sədri» öz fikrini beşə şərh etdi: «İşğalçılar utanmadan dünyaya deyirlər ki, biz, qalib gəlmişik. Ermənistanın müdafiə naziri danışanda mənim gülməyim gəlir. Onar bunu etməyə qadir deyillər... Mən, sizə əminliklə deyə bilərəm ki, bütün ciddi qərarlar (Avropa Şurasında - M.A.) Azərbaycanın xeyirinə qəbul olunub...»

O saat fikirləşməli oldum - əcəba, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuz 25 ildən artıqdır ki, Ermənistanın işğalı altiındadır, əhalisi isə qaçqın-köçkün halında ölkənin müxtəlif bögələrində «ağı deyib, sinə vurur». Bəs, bu torpaqları kim işğal edib və dədə-baba yurdumuzda at oynadan kimlərdir? İşğal altındakı torpaqlarımızda erməni nazirlər hərbi təlimlər keçirirlər, Ermənistanın rəhbərliyi Xankəndində milli təhlükəsizlik şurasının iclaslarını keçirirlər və s. Bəli, onların bizə gülməyini anlamaq olar - hələ ki, qalib durumdadırlar, biz isə qaçqın-köçkünük - birimiz köçkün, digərimiz isə «qaçqınkom sədri». Erməni bizi hədələyir - «yeni müharibə - yeni ərazilər» deyir - bunu anladıq, rəhmətlik Şamil müəllim demişkən («Jak Şirak qudurub») «Tonoyan qudurub», ətrafa «od püskürür». Bəs, biz nə əldə etmişik ki, Tonoyan danışanda Rövşən müəllim gülür?!

Gülürsə, deməli, bizim qaçqın nazirliyimizin «şey»i Tonoyanın bəyanatının ruhunu anlamayıb, ya da anlayıb da fərqinə varmaq istəmir...

Bəs, Tonoyan nə deyib? Deyib ki, Qarabağ tənzimləməsinin «sülh əvəzinə ərazilər» formulunu dəyişib də «yeni müharibə - yeni ərazilər» formasına salmaq lazımdır. Yəni ki, Ermənistan «yola gələsi olmadığını» artıq ortaya qoyub və Azərbaycanın müharibəyə başlayacağı təqdirdə, yeni ərazilər itirəcəyini söyləyir. Bəs, Rövşən müəllim hansı mövqedən çıxış edir ki, erməni nazirin həyasız bəyanatına «gülməyi» özünə rəva görür?

Tonoyan, Ermənistanın müdafiə naziridir - Ermənistan isə torpaqlarımızın 20 faizini işğal edib və indi də yeni ərazilər işğal eimək niyyətində olduğunu bəyan edir - bunu edə bilib-bilməyəcəyi isə başqa bir söhbətin mövzusudur...

Rövşən Rzayev Azərbaycan «qaçqınkom»unun sədridir - 200 min manatlıq (dollarlıq?) xidməti maşında gəzir, «əlinin altında» da 1 milyona yaxın didərgin.

Mən isə zavallı bir köçkünəm ki, heç nəyim yoxdur - ata yurdum yağmalanıb, torpaq islahatı da məndən yan keçib - əsl proletara çevrilmişəm, Hadı da min pəstahdan çıxır ki, mən dövlətdən pensiya ala biməyim...

Belədə, Rövşən Rzayevdən soruşmaq istəyirəm: sən «məzlumlar naziri», mən isə zavallı bir köçkün - gülmək bizim haramıza yaraşır?! Niyə dünyanı bizə güldürürsən?

635x100

Şərhlər

t.ədalət 2019-04-04 09:24:48

Azərbaycan hazırda iki işğaldan əziyyət çəkir.Biri erməni tərəfin torpaqları işğal etməsidir.İkincisi isə,anası,arvadı,qaynanası və ögey astası erməni olan,səriştəsiz,həm də Vətənin ağır günündə ordu sıralarından yayınmış kadrların vəzifələri zəbt etməsidir.R....

Yamən 2019-04-04 09:24:48

Ay Mirzə ,Rövşən müəllimin "gülməyini "qəribçiliyə salma.Rövşən müəllimin təmsil etdiyi hökumət dəfələrlə bəyan edib ki,"Lazım gələrsə" torpaqları azad edərik.Yazıq "Lazım"ı göndəriblər gedər gəlməzə,gələsi deyil.Buna görə də deyir: ay tonayan səndən torpaq istəyən var ki,belə bəyənat veirsən?Axı torpaqlar qayıtsa Rövşən müəllimin nazirliyi ləğv olunar,dəstəsi "ac" qalar.

EJDER 2019-04-04 09:24:48

HA HA HA...MENDE GULDUM,GULMEK BU ANALOQU OLMAYAN HOKUMETE YARAWIR.QERB BIZE DEYIR ,BELKE BIR AZ YAVAWDIYASINIZ...BASMAGI.BIZ DEYIRIK,NET KI NET...KEYF ELEYIN,GULUN.LAZIM GELER,IWLER DUZELER...HA HA HA .AYE,DIQALAR DEYIR DENIZDE DENIZE BIZIMDI...QAJQINLARIN SAYI MILYONU COXDAN KECIB,INKIWAFA DOQRU GEDIR.BU LAP GULMELIDI.NAIL BALA NEJEDI,YEQIN XARICDE KEYF ELEYIR,BARLARDA...HA HA HA

Mirze muellime 2019-04-04 09:24:48

Hormetli Mirze muellim,AG bey,yazinin bawligini oxuyan kimi ferqine vardim ki,by Mirze muellimin qeleminin mehsuludu oxudum yazinizi axira qeder ve sizinle birge "xecalet teri" tokmeye ozume borc bildim.Var olasiniz.

Mirzə AG-a 2019-04-04 09:24:48

Sizin sualınızı hokumətə verin ki, belə anlaqsz,səviyyəsiz (Bayram Səfərov, Ramiz Rzayev kimi ) niyə və nə üçün vəzifələrə təyin edib milləti gülünc hədəfinə çeviriblər? İcra başçıları rüşvət yığır,mülklər özəlləşdirir,deputatlar monopoliya,kommersiya ilə məşğldurlar və çoxları iki vəzifə daşıyır, nazirləri büdcəni dağıdır və sairə.

Son yazılar