Menu

Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub

04.04.2019, 10:12
Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub

Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub.

"Report"un məlumatına görə, bu barədə qərar VK-nın Rəyasət Heyətinin aprelin 1-də keçirilən iclasında qəbul olunub.

Belə ki, Rəyasət Heyəti, Kollegiyanın sədri A.Bağırovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması barədə qərar qəbul edib. Həmin qərar aprelin 2-də Məhkəmə-Hüquq Şurasına göndərilib.

A.Bağırov bu vəzifədə Mərkəzi Seçki Komissiyasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Ramiz İbrahimovu əvəz edəcək. R.İbrahimov Məhkəmə-Hüquq Şurasından öz ərizəsi ilə ayrılıb.

Qeyd edək ki, "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna əsasən, hər orqan Şuraya öz üzvünü təyin edir.

Şərhlər

Dövlətini sevən 2019-04-04 10:12:59

Anar Bağırovun Məhkəmə-Hüquq şurasının üzvü təyin olunması olduqca fəlakətdir,beləki 2018-ci ildə Vəkilliyə Test imtahahından yüksək bal toplayanlar( 90) kənarda qalmış,60-70 bal toplayanlar isə Vəkil təyin olunmuşlar ? İnsan hüququndan söz gedirsə Vəkillər Kollegiyasında tərkib dəyişilməlidir ? Test imtahanından yüksək bal toplayanların siyahısı araşdırılmalı, onların kənarda qalma məsələlərinə baxılmalı,günahkar şəxslər öz cəzalarını almalı və başqalarınada ibrət dərsi olmalıdır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol