Menu

Türkiyədə təkrar bələdiyyə seçkilərinin keçirilməsi təklif olunur

04.04.2019, 11:04
Türkiyədə təkrar bələdiyyə seçkilərinin keçirilməsi təklif olunur

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli Türkiyə hakimiyyətini ölkənin iri şəhərlərində təkrar bələdiyyə seçkiləri keçirməyə çağırıb.

Trend-in məlumatına görə, D.Bahçeli təkrar bələdiyyə seçkilərinin keçirilməsinin Türkiyə qanunlarına zidd olmadığını bildirib:

"Təkrar seçkilər 31 mart seçkilərindən sonra meydana çıxan mənfi və mübahisəli məqamların aradan qaldırılmasına imkan verəcək".

Yerli KİV ölkə hakimiyyətinin D.Bahçelinin bu təklifinə baxa biləcəyini istisna etmir.

Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol