Menu

Piyadanı vurub qaçan sürücü saxlanılıb

04.04.2019, 11:33
Piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakıda piyadanı vurub qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla H.Məmmədzadənin cari il mart ayının 27-də saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilib. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və yol-nəqliyyat hadisəsinin “Jeep” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi, Dövlət Yol Pol İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan, həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini N.Bəybalıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol