Menu

Türkiyədən 21 terroçu Azərbaycana qaçıb - “Zaman”dan şok iddia

26.08.2014, 18:35
Türkiyədən 21 terroçu Azərbaycana qaçıb - “Zaman”dan şok iddia

Türkiyənin “Nur” camaatına aid olna “Zaman” qəzeti sensasiya sayılacaq məqalə dərc edib.

Ötən gün çap olunan yazıda Türkiyədə terrorçu kimi tanınan və hazırda istintaqı gedən “Salam Tövhid Qüds Ordusu” üzvlərinin bəzisinin Azərbaycana qaçırıldığı iddia olunur.

Qəzet öz araşdırmalarına əsasən yazır ki, terror təşkilatına aid olan 21 nəfər Azərbaycana qaçırlıb, gizlənir. Onların adları dəyişdirilib və bu adamlar İrana bağlıdılar.

Adı gedən təşkilat Türkiyədə keçən il aparılan səs-küylü həbslər zamanı gündəmə gəlib. Bildirirlir ki, bu təşkilatın məqsədi Türkiyə torpaqları üzərində şəriət dövləti qurmaqdır.  /azadlıq.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol