Menu

Ermənistan xeyriyyə təşkilatının sədri Tatarıstanda saxlanıldı

04.04.2019, 22:05
Ermənistan xeyriyyə təşkilatının sədri Tatarıstanda saxlanıldı

Ermənistanın “Hay-Bi-Si” xeyriyyə təşkilatının sədri Tunyan A.A. Rusiyanın Tatarıstan Respublikasının Naberejnı Çelna şəhərində saxlanılıb.“Novosti Kazani” xəbər verir ki, təşkilatın qadın rəhbəri dövlətlərarası axtarışda olub.

Ermənistanda onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb. İstintaqın gedişində müəyyən edilib ki, Tunyan A.A 2017-ci ilin sentyabrında ölən hərbçinin qızından aldatma yolu ilə 4000 dollar alıb. Xeyriyyə təşkilatının sədri həmin qadını Yerevanda mənzillə təmin edəcəyi sözünü verib. Amma sonradan vədinə əməl etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol