Gürcüstanda ermənilərin kompakt şəkildə yaşadıqları Cavaxetiya bölgəsində vəziyyət gərginləşib. Modern.az xəbər verir ki, Axalkalaki munisipalitetinin Xulqumo kəndi yaxınlığında yerləşən Vank kilsəsinə hücum yerli erməniləri hiddətləndirib.
Belə ki, yerli sakinlər polisdən vandalizm aktının araşdırılmasını və kilsənin içində ikonaları dağıdanların məsuliyyətə cəlb olunmasını istəyiblər. Əks halda, onlar bölgədə milli situasiyanın gərginləşəcəyini bildiriblər.


Şərhlər