Menu

BRUNEY ŞƏRİƏTƏ KEÇİR - Homoseksuallar daşqalaq edəcəklər

06.04.2019, 11:53
BRUNEY ŞƏRİƏTƏ KEÇİR  - Homoseksuallar daşqalaq edəcəklər

Aprelin 3-dən Bruneydə qanunvericiliyə şəriətə (İslam hüququ) əsaslanan dəyişiklik qüvvəyə minib. Yeni qanunlara görə, ər-arvad xəyanətinə və ya homoseksualist münasibətlərə görə ölüm cəzası, oğurluğa görə isə əlin kəsilməsi nəzərdə tutulur («BBC»).

Yeni qanunların qüvvəyə minməsi ilə Bruney Cənub-Şərqi Asiyada şəriət qanunlarının milli səviyyədə fəaliyyətə başladığı ilk ölkə oldu. Müşahidəçilər bildirirlər ki, ölkə «Asiyanın Səudiyyə Ərəbistanına çevrilir».

İlk dəfə yeni qanunlar hələ 2014-cü ildə qəbul olunmuşdu. Bunun təşəbbüskarı Bruney sultanı Hassanal Bolikiah olub.

Bu yenilik Qərb siyasətçiləri və tanınmışları tərəfindən tənqidlə qarşılanıb. Hüquq müdafiəçiləri Qərbi sultanatla diplomatik əlaqələri kəsməyə və Bruney şirkətlərini boykot etməyə çağırırlar. Bu bardə Britaniya xəbər xidməti qeyd edib.

Yeni qanunvericiliyə görə, Bruneydə xəyanət və ya homoseksual münasibətə görə, daşqalaq etməklə və ya şallaqlamaqla edam etmək cəzası nəzərdə tutulur. Oğurluğa görə, əllərin kəsilməsi tələb olunur. Bu zaman insanları cinayətdə günahlandırmaq üçün 4 nəfər müsəlmanın şəhadəti kifayətdir.

Bu müsəlman ölkəsində homoseksuallıq əvvəldən də qanundan kənar idi. Ancaq qadağanı pozmaq azadlıqdan məhrum etməklə cəzalandırılırdı.

«Hömoseksuallığa və ya xəyanatə görə, ölənə qədər daşqalaq etmək iyrənc və amoraldır. Hər bir insanın hörmətə layiq münasibətə və qorxusuz həyat yaşamağa hüququ var» - deyə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq vitse-prezidenti Co Bayden öz «Tvitter»ində yazıb.

«Amnesty International» hüquq-müdafiə təşkilatı (mənzil-qərargahı Londonda yerləşir) tələb edib ki, sultanat ləngimədən yeni qanunlardan imtina etsin və onları «dərindən-dərin ziyanlı» adlandırıb.

Qanunların qüvvəyə minməsini dayandırmaq çağırışı ilə bundan əvvəl Böyük Britaniya, Avstraliya, Fransa və Birləşmiş Millətlər Təşkilatı (BMT) Bruneyə müraciət edib.

ABŞ-ın «Oil and Gas Journal» jurnalının qiymətləndirməsinə görə, Bruney neft ehtiyatlarının həcminə üzrə bölgədə 4-cü yerdədir. Hasil olunan enerji daşıyıcılarının əsas hissəsi asiyalı alıcılara ixrac olunur. Bu il Çinin «Zhejiang Hengyi Group» şirkəti Bruneydə neft emalı zavodu (NEZ) və gündəlik gücü 148 min barrel olan neft-kimya kompleksi tikməyi planlaşdırır.

«Bruney rejimi getdikcə özünü teokratik hakimiyyət kimi legitimləşdirməyə cəhd göstərir və konservativ İslam ideologiyasına apelyasiya edir. Bu, zəifləyən iqtisadiyyat və rejimə inamın aşağı düşməsi fonunda baş verir» - deyə, Con Kebot (Roma) universitetinin Cənub-Şərqi Asiya üzrə eksperti Bricit Uelş qeyd edir.

Ekspertlərin fikrincə, əgər Qərb onu tənqid etməkdə davamlı olarsa və ya sanksiyalar tətbiq edərsə, Bruney potensial olaraq, öz iqtisadiyyatını tam halında Çin tərəfə istiqamətləndirə bilər.

Hüquq-müdafiə təşkilatları isə ümid edirlər ki, Bruneyin bölgədəki qonşuları da yeni qanunlara etiraz bildirəcəklər. Amma onlar hələlik bunu etmirlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol