«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Bundestaqın Sol partiyadan olan deputatı Aleksandr Noy belə bir fikir səsləndirib ki, NATO dünyanın təhlükəsizliyini təhdid edir və ləğv olunmalıdır.
«Die Freiheitsliebe» nəşrinin yazdığına görə, deputat hesab edir ki, alyans köhnəlmiş təşkilatdır və hərbi gücdən özünün imperialist maraqlarının müdafiəsi üçün istifadə edir. O, həm də NATO-nu «beynəlxalq hüquq normalarını» pozmaqda və müharibələri qızışdırmaqda qınayıb. Misal qismində isə Əfqanıstaqdakı və keçmiş Yuqoslaviyadakı münaqişələri önə çəkib.
Bundan başqa, Noy alyansın Çin və Rusiyanın mümkün təhdidlərindən müdafiə olunmaq istiqamətindəki xərclərini «həddindən artıq»adlandırıb.
«Sol partiya Almaniyanı NATO-dan çıxmağa və onu tərksilah elan edəcək Rusiyanın da daxil olduğu təhlükəsizlik sistemi ilə əvəzləməyə çağırır...» - deyə, deputat fikirini belə yekunlaşdırıb.


Şərhlər