Menu

Nəcməddin Sadıkov səudiyyəli həmkarı ilə görüşüb

07.04.2019, 21:00
Nəcməddin Sadıkov səudiyyəli həmkarı ilə görüşüb

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Şərhlər

t.ədalət 2019-04-07 21:00:01

Azərbaycan ərazilərinin taleyini nə vaxtadək .... bu rusiyalı zabitin ixtiyarına buraxacağıq? Bu adam hələ də Azərbaycan dilini öyrənmək belə istəmir.Balalarımızın döyüş taleyini Nacmuddin Sadıkova etibar etmək yetər.Biz,böyük Atatürkün Çanaqqala döyüşlərindəki milli addımlarından--komandir heyətinin qeyri-milli və vətəndaşlığı olmayanlardan təmizlənməsi yolundan bəhrələnməliyik.Belə olsa,ermənilər ərazilərimizi tərk edəcəklər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol