Menu

Prezident 10 milyonuncu sakinə mənzil hədiyyə edib - Bank hesabına pul köçürülüb

09.04.2019, 13:11
Prezident 10 milyonuncu sakinə mənzil hədiyyə edib - Bank hesabına pul köçürülüb

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.

"AzPolitika"nın xəbərinə görə, dövlət başçısı 10 milyonuncu sakinin valideynlərinə mənzil hədiyyə edib və körpənin bank hesabına pul köçürüldüyünü deyib.

Prezident İlham Əliyev: Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur. Bu da mənzilin çıxarışıdır.

Rauf Həsənov: Çox sağ olun.

Prezident İlham Əliyev: Gözəl balanızın hesabına vəsait də köçürülür.

Rauf Həsənov: Çox sağ olun. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Xeyirli işlərdə istifadə edin. Bu da hədiyyələrdir.

Şərhlər

Roma 2019-04-09 13:11:45

Möhtərəm Prezidentin bu ailəyə ev və s. bağışlaması nə qədər gözəl addımdır. Belə ki, 10 milyonuncu insanın (bizim Respublikada) dünyaya gəlişi şəxsən məni bir Azəraycanlı kimi çox sevindirir. Ulu tanrıdan bu körpə balamıza və eləcə də valideynlərinə bu mənzildə şad-mehriban günlər arzulayıram...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol