Hər kəsə məlumdur ki, Hesablama Palatası öz imkanları daxilində kifayət qədər fəaliyyət göstərir, hətta bir çox hallarda imkanlarından da kənar fəaliyyət göstərir. Amma strukturda ciddi şəkildə dəyişikliyə ehtiyac var. Yeni sistemə daxil olmalıyıq.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün ölkədə struktur islahatları aparılır: “Bu baxımdan Palatanın gələcək fəaliyyətini qanuna əlavə və dəyişikliklər etməklə, həyata keçirilən islahatlar sürətinə gətirib çıxarmalıyıq. Biz gözləməməliyik ki, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib dağıtsın, sonra aşkara çıxsın ki, yeyinti var və həmin vəsait büdcəyə geri qaytarılsın. Burada itirən dövlət və insanlardır. Çünki həmin vəsaitlər vətəndaşların sosial rifah halına müsbət təsir göstərə bilər”.
S.Novruzov bildirib ki, korrupsiya hallarının vaxtında aşkarlanması üçün Palata tərəfindən hesabatlar 6 aylıq və ya 1 illik olmalıdır: “Aralıq dövrdə ciddi şəkildə monitorinqlər aparılmalıdır. Əgər lazımdırsa, bura kadrlar cəlb olunmalı, korrupsiyaya meylli şəxslər tapılmalıdır. Gələcəkdə bunlar nəzərə alınmalı, bu işləri yeni metodla həyata keçirməliyik. Palataya əlavə dəstək verilməlidir ki, büdcəyə nəzarət edən orqan kimi bu məsələdə bundan sonra da ciddi addımlar atsın”.


Şərhlər
Çox mənalı ifadədir.-Korrupsiyaya meyilli şəxslər tapılmalıdır.Guya,korrupsiyonerlər utandıgından gizlənib,onları axtarıb tapmaq lazımdır. Siyavuş muəllim,hamının bildiyini sizin bilməməyiniz təəsuf dogurur.
Siavuş 25 il ölkəni xalqlqın sərvətini yeyilib dağıdılır, varvarski talanıb. İndi 5 ilnə nə olacaq. Ancaq talanmış miyardlar quldurlardan alınıb xalqa verilməsə çox pis nəticələri olacaq. Ona görə də ölkəyə xalqa xəyanət edən talançılar növbəti dəfə xəyanət edib ölkəni SURİYAYA-nın halına salmasınlar.