Menu

“Bayıl Arena”nın adı dəyişdirilib

09.04.2019, 14:28
“Bayıl Arena”nın adı dəyişdirilib

“Səbail” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın adı dəyişdirilib.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, stadion bundan sonra “ASCO Arena” adlanacaq.

Bununla bağlı “Səbail” PFK, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında müvafiq müqavilə bağlanılıb.

Razılaşma ilkin olaraq iki il müddəti əhatə edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol