“Hesablama Palatası öz işini elə səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumlar tərəfindən büdcə vəsaitinin dağıdılmasına, mənimsənilməsinə imkan verilməsin”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə hesabatın müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı söyləyib.
F. Ağamalı deyib ki, dəfələrlə Milli Məclisdə mənimsənilən vəsaitlərin geri qaytarılması ilə bağlı məsələ müzakirə olunsa da, bu cür hallara hələ də son qoyulmur: “Dövlət büdcəsinə neqativ yanaşmaların qarşısının alınmasını düşünməliyik. Elə etməliyik ki, başqa qurumların Hesablama Palatasına təsiri sıfıra endirilsin. Bir sıra sahələr üzrə nöqsanlar göstərilsə də, çıxarılan nəticə o qədər də ürəkaçan deyil.
Hesabatda qeyd olunur ki, Bakı şəhərində fəaliyyət göstərən Mənzil İstismar sahələri və Yaşıllaşdırma idarələri tərəfindən vəsait büdcəyə geri qaytarılıb. Amma nədənsə onların rəhbərlərinə “qaşın üstə gözün var” deyilməyib. Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var- dövləti haqqında mətbuatda geniş yer ayrılır. Hesab edirəm ki, bütün bunlar zamanında araşdırılmalı, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Hesablama Palalatası zamanında belə şəxsləri aşkarlamalıdır. Büdcəni mənimsəyən, pul oğurlayanlar qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”.


Şərhlər
Artiq hamisi Qarabagla status-kvoda A.Sergisyan ve N.Pashine hesabat verirler. Hec MM de zahmetkesh maashinin azbudceli ve daha qaygili Haystandan dushuk olmasi yaddan qacib.
Bunu yoxlamaq üçün heç də uzun axtarışlaa ehtiyac toxdur.Nazim İbrahimov,Pirverdiyev,Ekologiya naziri,Ziya və Fazil Məmmədovların üzə çıxarılmış milyon və milyardlarından başlamaq digərlərinə qədər davam etmək lazımdır.Bu edilmirsə,beln halların yuxarıdan himayə olunduğu təsdiqlənir.Fuya Fəzail bunları bilmir? Müdafiə etdiyi spikerin əməllərini niyə ört-basdır etmək üçün çıxışı hələ yaddan çıxmayıb.
Sizdə bilməmiş deyilsiniz ki, Ulu öndər o zaman Büdcə Hesablama Palatasının əsasnaməsini təsdiq edəndə bütün incəlikləri nəzərə alıb, palataya həmin əsasnamə ilə küllü ixtiyar vermişdi. İndi gəlin görək Palata o əsasnamədən irəli gələn vəzifələri yerinə yetirirmi. Fərqi yoxdu kim rəhbərlik edir. Demək olar ki, yox. Palatanən vəzifəsi təkcə hüquqi əsasını itirmiş ölü JEK-ləri yoxlamaqdan ibarət olmamalıdır. Bəs Keçmiş nazirlərin taladığı milyardlara zamanında nədən göz ymulub, bunu sormaq gərək.
Oğru taslançı məmurlar millətən xəyanət edərək misli görünməmiş korrupsiya talan nıticəsində oğurladıqlartı xalqın pulunu zorla,dövlətin qanunu onlara da tətbiq edərək xalqa qaytarmaq lazımdır. Onların özlərini də məsuliyyətə cəlb etmək lazımdır. Qanun hamı üçün qanundur. Biri 5 min kredit götürür verə bilməyəndə polisə məhkəməyə verilir. O biri özünü asır yaqndırır, ürəyi partlayır,intihar edir. Yüzlərlə milyardları yeyənlər isə kefdədirlər. Qoruq qaytaq qoyan da yoxdur. Quldurların bu xəyanəti ölkəni Surayanın halına salacaqlar. Millətin,xalqın hər bir nəfərin oğurlanmış milyardları qaytarılmalıdır.