Menu

IFC Beynəlxalq Bankın özəlləşdirilməsində iştirak edə bilər

09.04.2019, 16:36
IFC Beynəlxalq Bankın özəlləşdirilməsində iştirak edə bilər

“Əgər Azərbaycan hökuməti tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin özəlləşdirilməsində iştirakla bağlı təklif gəlsə biz bu məsələni nəzərdən keçirə bilərik”.

Bunu “Report”a eksklüziv açıqlamasında Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova deyib.

A.Əzimovanın sözlərinə görə, IFC-nin dövlət banklarının özəlləşdirilməsi ilə bağlı təcrübəsi var:

“Siz əgər IFC-nin fəaliyyətinə fikir versəniz bir sıra ölkələrdə dövlət banklarının özəlləşdirilməsində iştirak etdiyini görərsiniz. ABB ilə bağlı məsələdə də hökumət müraciət edərsə biz bu məsələyə baxa bilərik”.

IFC rəsmisi ABB-nin səhm paketindən neçə faizini ala biləcəklərini açıqlamayıb: “Beynəlxalq Maliyyə Korporasiyası özəlləşdirmədə iştirak edəndə adətən 20%-dən çox pay almağa maraqlı olmur. Amma ABB ilə bağlı məsələdə heç bir rəqəm deyə bilmərəm. Bu Bankın vəziyyətinə bağlı olan məsələdir”.

ABB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmlərin 95,26%-i dövlətə məxsusdur.

Qeyd edək ki, IFC hazırda “AGBank” ASC-də 4,2%, “Accessbank” ASC-də isə 16,6% paya malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol