Menu

İMAMOĞLUNUN QƏLƏBƏSİ LƏĞV EDİLİR - MHP liderindən anons

09.04.2019, 17:18
İMAMOĞLUNUN QƏLƏBƏSİ LƏĞV EDİLİR - MHP liderindən anons

İstanbul bələdiyyəsinə təkrar seçki keçirilə bilər.

Strateq.az xəbər verir ki, bu barədə MHP sədri Dövlət Baxçalı açıqlama verib.

O, martın 31-də keçirilmiş seçkinin insanların qəlbində sual yaratdığını bəyan edib: “60 gündən sonrakı ilk bazar günü seçki keçirilə bilər. Bundan inciməyə gərək yoxdur”.

Xatırladaq ki, İstanbul bələdiyyəsinə keçirilən seçkidə CHP-li Əkrəm İmamoğlunun iqtidarın namizədi Binəli Yıldırıma 16 min səs fərqi ilə qalib  gəldiyi açıqlanıb.

Lakin hakim AKP və MHP buna etiraz edir, seçkidə saxtakarlıq olduğunu bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol