Qazdan ayıq KİV-miz dünən xeyli maraqlı bir xəbər yayıblar. Xəbər verilir ki, Əbabil quşları Lənkərana «rəsmi səfər»ə gəliblər. O da əlavə edilir ki, Əbabil quşu «müqəddəs» hesab olunur - Qurani-Kərimin «Fil» surəsində yazılıb ki, Məkkəyə hücum edən fil ordusunu məhz Əbabil quşları məhv ediblər...
Digər bir xəbərdə isə deyilir ki, 2019-cu ildə çox hörmətli Şeyx Allahşükür Paşazadənin təvəllüdünün 70 illik, şeyxliyinin 40 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq - bir yazıya sığmayan xidmətlərinin qarşılığında. Dövlət başçısı artıq bu barədə müvafiq sərəncam da imzalayıb...
Başqa bir xəbərdə də bildirilir ki, Ermənistanın müdafiə naziri həşəmətli Tonoyan dığa ətrafa «od püskürür», Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələyir...
Eşitdiklərimi saf-çürük edərkən, xeyli maraqlı sualla qapşılaşdım: Əcəba, Əbabil quşu Azərbaycana nəyə gəlib və onun səfərinin digər iki olayla bir əlaqəsi varmı?
Xeyli «baş sıdırandan» sonra hər şeyi anladım - əhsən mənə! «Kəşf elədim» ki, Əbabil quşu ölkəmizə təsadüfən gəlməyib, bir qədər dəqiq olsam, belə görünür ki, «müqəddəs quş»u Azərbaycana dəvət ediblər və bir qədər də dəqiqi budur ki, onu Lənkərana «Təzəpir» məscidinin administrasiyası rəsmi məktubla dəvət edib. Belədə, növbəti sualın cənginə düdüm: Dəvətdə məqsəd nədir?
Düşünürəm ki, bunun iki versiyası var. Birinci versiya belədir ki, «müqəddəs» olduğu üçün Əbəbil quşunu şeyxin gözlənilən yubiley törənində iştirak etmək üçün çağırıblar...
İkinci versiya daha «əlamətdar»dır - guya Əbabili dəvət ediblər ki, Ermənistan ordusunu da «Fil ordusu» kimi darmadağın etsin! Çox doğru addımdır - erməni fildən «yekə» olmayacaq ki...
İndi düşünürəm - nə yaxşı ki, Əbabil quşu var və nə yaxşı ki, onu məqamında ölkəmizə dəvət ediblər.
Bundan da şad xəbər olarmı? Hamınızı şadxəbər olasınız...
Mirzə AĞ
AzPolitika.info


Şərhlər
Müxtəlif səbəblər ola bilər.1.Viza rejimi sadələşdirilib və gömrükdə "şəffaflıq" yaradılıb,odur keçə bilib.2.Sadəcə yolu azıb.3.Digər ölkələr buna hava koridoru verməyiblər,odur əıacsız qalıb,tranzit ölkə kimi bizi seçib.Amma səbəb nə olursa olsun,gəlməyinə peşiman edəcəklər.Çünki "xoş gəldin" əvəzinə "niyə gəldin" deyirlərsə,belə də olmalıdır