Menu

UNEC DOSENTİNİN MƏQALƏSİ İTALİYADA NƏŞR OLUNUB -  “Thomson Reuters” bazasına daxil olan nüfuzlu jurnalda 

10.04.2019, 10:16
UNEC DOSENTİNİN MƏQALƏSİ İTALİYADA NƏŞR OLUNUB -  “Thomson Reuters” bazasına daxil olan nüfuzlu jurnalda 

UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının dosenti, Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri İsmayıl İsmayılovun elmi məqaləsi nüfuzlu beynəlxalq elmi jurnalda - İtaliyanın “Ponte” dərgisində çap olunub. Bu barədə 

İsmayıl İsmayılovun “Thomson Reuters” bazasına daxil olan jurnalda dərc olunan məqaləsi “Şəbəkə iqtisadiyyatı və elektron ticarətin Azərbaycanda problemləri və inkişaf perspektivləri” (“Network economics and e-commerce problems and development perspectives in Azerbaijan”) adlanır.

Məqalədə müasir dövrdə şəbəkə iqtisadiyyatının dünya ölkələrinin iqtisadiyyatında payının sürətlə artması, elektron ticarətin (e-ticarət) həcminin yüksəlməsi fonunda Azərbaycanda bu sahədə olan problemlər təhlil edilib.

Bəzi inkişaf etmiş dövlətlərdə, eləcə də MDB-yə daxil olan ölkələrdə e-ticarətin həcminə dair rəsmi statistik məlumtlar əsasında müqayisəli təhlil aparııb, bu sahənin inkişafına təkan verən iqtisadi, sosial, psixoloji və sair amillərdən bəhs olunub.

A

zərbaycanda e-ticarət həcminin az olmasının obyektiv və subyektiv səbəbləri izah olunub, e-ticarətin inkişafını ləngidən faktorlar sadalanıb. Eyni zamanda məqalədə Azərbaycan hökumətinin e-ticarətin inkişafı il bağlı son illər gördüyü işlər -qanunverici bazanın yaradılması, onlayn ticarətin təşviqi istiqamətində verilən qərarlar barədə məlumat verilib.

Azərbaycanda e-ticarət həcminin sürətlə artılması üçün dövlət orqanları və özəl sektorun həyata keçirməli olduğu işlərə dair əsaslandırılmış təkliflər irəli sürülüb.

Elmi məqalədə irəli sürülən təklif və tezislərdən ölkədə e-ticarətin inkişafı üçün müvafiq proqramların işlənilməsində və həyata keçirilməsində istifadə oluna bilər.

Məqalə ilə bu linkdə tanış ola bilərsiniz:

Şərhlər

Mirzə AĞ 2019-04-10 10:16:31

Təbrik edirəm! Uğurlu olsun...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol