Menu

"YATAQXANA QƏSDƏN YANDIRILIB..." - Komitə sədrindən sensasiyalı açıqlama

10.04.2019, 13:23
"YATAQXANA QƏSDƏN YANDIRILIB..." - Komitə sədrindən sensasiyalı açıqlama

Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəsdən yandırılıb.

ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. O, qeyd edib ki, hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib: “Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.

Qeyd edək ki, martın 6-da Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər. 6 nəfər isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Şərhlər

Lektor 2019-04-10 13:23:01

Я учитель вуза. у ВУЗА 2 общежития. Студентам из регионов негде жить. Мне как молодому учителю было выделено комната 35 кв м в ОбЖ, но мне не позволили даже внутрь зайти. Я живу квартирантом много лет, я снимаю квартиру у беженца, понимаете, снимаю у беженца, который купил квартиру где живут 3 зам.министра. На ипотеку НЕ ПОЛУЧАЕТСЯ. 10 лет ждем что их выселят, дадут им квартиру, но даже те кому выдали квартиру не выселяются. Знаете что они делают??? они формально разводятся чтобы один из супругов остался в общежитии. Все поголовно требуют квартиры. Уже внукам, понимаете?? Какого черта? Один наш родственник скончался от сердца после многолетней борьбы за свою квартиру которые заняли и не выходили беженцы, после его смерти дети его забили на это и уехали кто куда. Изуродовали Баку, и всю нацию. ..

Səməd 2019-04-10 13:23:01

Hansısa məmur ya oliqarx yandırıb ki yerində göydələn tikə kv-ı 1500-ə sata. Altındakı obyekt də 3-10 min arası kvadratı

AYRİM 2019-04-10 13:23:01

Erməni tərəfindən qacqınlara verilənməyən əzabı indi gördülər desəm məni qınamayın ya...

Sedaqet 2019-04-10 13:23:01

Gedin girin o yataqxanaya ve baxin ki onlar orada nece qalır? İti buraxsan orda qalmaz bu yazixlarin ne gunahi var ? Hamam yox kuxna yox ... özünüz 1 saat qakın orda görek qala bilersiz? Cemi 1 saat ..... heyatınıza nifrer edersiz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol